Carraro Drivetech SpA kənd təsərrüfatı texnikası, tikinti və ağır iş maşınları, eləcə də qaldırıcı avadanlıqlar üçün güc ötürmə sistemlərinin hazırlanması və istehsalı üzrə ixtisaslaşmış beynəlxalq markadır. Şirkətin əsas məhsul çeşidinə transmissiyalar, ön və arxa akslar, diferensiallar, reduktorlar və digər güc ötürmə komponentləri daxildir.
Carraro transmissiya və aks sistemləri yüksək yük altında çalışan texnikalarda etibarlı güc ötürülməsini, idarəetmə dəqiqliyini və davamlı istismarı təmin etmək məqsədilə hazırlanır. Bu komponentlər ekskavator-yükləyicilərdə, təkərli yükləyicilərdə, teleskopik yükləyicilərdə, yol silindirlərində, tırtıllı və təkərli ekskavatorlarda geniş istifadə olunur.
Carraro xüsusilə ekskavator-yükləyici seqmentində güclü bazar mövqeyinə malikdir. Markanın komponentlərindən Caterpillar, CASE, New Holland, Volvo, Komatsu, Hidromek və Çukurova kimi tanınmış ağır texnika istehsalçılarının müxtəlif modellərində istifadə edilir.
Kənd təsərrüfatı texnikası üçün Carraro həlləri:
Carraro aksları və T seriyalı transmissiyaları traktorlar və müxtəlif kənd təsərrüfatı maşınlarında geniş tətbiq olunur. Marka 35–350 at gücü aralığında olan traktorlar üçün ön akslar, mühərrik gücü 150 at gücünədək olan traktorlar üçün isə transmissiya sistemləri təqdim edir.
Carraro güc ötürmə komponentlərinə Massey Ferguson, John Deere, SAME, Deutz-Fahr, Landini, McCormick, Tümosan, Başak və Erkunt kimi traktor markalarının müxtəlif modellərində rast gəlmək mümkündür. Məhsul seçimi zamanı texnikanın modeli, istehsal ili, transmissiya və ya aksın seriya nömrəsi mütləq nəzərə alınmalıdır.
Satışdan sonrakı xidmət şəbəkəsi:
Çözüm Makina Carraro markasının 24 ölkəni əhatə edən satışdan sonrakı xidmətlər üzrə distribütorudur. Bu əməkdaşlıq Carraro transmissiya, aks və reduktor sistemləri üçün ehtiyat hissələrinin müəyyənləşdirilməsinə, texniki uyğunluğun yoxlanılmasına və satışdan sonrakı ehtiyacların qarşılanmasına imkan yaradır.
CBG Parts Services və Carraro:
CBG Parts Services ağır texnika, traktor və kənd təsərrüfatı avadanlıqları üçün Carraro transmissiya, aks və reduktor sistemlərinə uyğun ehtiyat hissələri təqdim edir. Texnikanın düzgün və fasiləsiz işləməsi üçün tələb olunan hissənin müəyyənləşdirilməsində müştərilərimizə peşəkar dəstək göstəririk.
Carraro sistemlərində xarici görünüşü eyni olan komponentlərin texniki göstəriciləri fərqlənə bilər. Buna görə uyğun ehtiyat hissəsinin seçilməsi zamanı texnikanın marka və modeli ilə yanaşı, aks və ya transmissiyanın üzərindəki identifikasiya lövhəsində qeyd olunan model, tip və seriya nömrəsinin təqdim edilməsi tövsiyə olunur.
Əsas məhsul qrupları:
Transmissiyalar və transmissiya ehtiyat hissələri
Ön və arxa aks komponentləri
Diferensial və reduktor hissələri
Planetar ötürücü komponentləri
Dişli çarxlar və vallar
Podşipniklər, kipləşdiricilər və təmir dəstləri
Əyləc sistemi komponentləri
Traktorlar üçün ön aks hissələri
Ağır texnika üçün güc ötürmə komponentləri
Əsas üstünlüklər:
Ağır iş şəraitinə uyğun etibarlı konstruksiya
Kənd təsərrüfatı və ağır texnika üçün geniş tətbiq sahəsi
Müxtəlif transmissiya, aks və reduktor həlləri
Dünyanın tanınmış texnika istehsalçıları tərəfindən istifadə edilməsi
Uzunmüddətli və yüksək yüklü istismar üçün hazırlanmış komponentlər
Texniki məlumatlar əsasında dəqiq ehtiyat hissəsi seçimi






















